Toqquşma nəticəsində ölən və ya xəsarət alan olmayıb
İranın paytaxtı Tehran şəhərində metroda iki qatar toqquşub.
AYNA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, toqquşma yerli vaxtka təxminən saat 19:50-də baş verib.
İlkin məlumata əsasən, toqquşma nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Bildirilir ki, xəttdə qatarların hərəkəti günün sonunadək dayandırılıb. Qəzanın səbəbi araşdırılır.