Tehran BMT-yə müraciət edib

Dünya

28.02.2026 - 23:38

“İranın silahlı qüvvələri hücumu dəf etmək məqsədi ilə bütün zəruri müdafiə imkanlarını səfərbər edəcək”

İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə müraciət edib.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, nazir müraciətində İranın qanuni və legitim özünümüdafiə hüququnun qətiyyətli və dərhal icrasını davam etdirəcəyini bildirib.

Diplomat vurğulayıb ki, “İranın silahlı qüvvələri hücumu dəf etmək məqsədi ilə bütün zəruri müdafiə imkanlarını səfərbər edəcək”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş