Tehran ABŞ-la münaqişənin həllində potensial vasitəçilərin adını açıqlayıb

Dünya

18.03.2026 - 13:25

“Çin də daxil olmaqla bir neçə ölkə Tehran və Vaşinqton arasındakı münaqişənin həllində vasitəçi kimi çıxış edə bilər”

“Çin də daxil olmaqla bir neçə ölkə Tehran və Vaşinqton arasındakı münaqişənin həllində vasitəçi kimi çıxış edə bilər”. AYNA.AZ xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Cəzirə"yə verdiyi müsahibədə deyib.

“Mənim fikrimcə, bu rolu bir neçə ölkə oynaya bilər. Çin də onlardan biridir”, - deyə İranın xarici işlər naziri bildirib.

O Pekinin artıq 2023-cü ildə İran və Səudiyyə Ərəbistanı arasında barışığa nail olmaqla müsbət rol oynadığını xatırladıb.

Əraqçi vurğulayıb ki, “Çin bu cür vasitəçilik üçün güclü imkanlara malikdir, lakin digər ölkələrin də oxşar potensialı var”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş