Tədrisin bərpasından sonra COVID-19-a yoluxan şagirdlərin sayı açıqlanıb

Xəbərlər

18.03.2021 - 17:21

Fevralın 1-dən indiyə kimi 164 ibtidai sinif şagirdində koronavirusa yoluxma qeydə alınıb

 

Fevralın 1-dən indiyə kimi 164 ibtidai sinif şagirdində koronavirusa yoluxma qeydə alınıb. AYNA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

 

Nazir bildirib ki, yoluxanların hamısı məktəbdə olmayıb: “V-IX sinifdə təhsil alan 282 şagird COVID-19-a yoluxub. Məktəbəqədər hazırlıq sinif şagirdləri arasında koronavirusa yoluxanların sayı 23 nəfər olub. 714 nəfər işçi heyəti yoluxub”.

 

Nazir qeyd edib ki, koronavirusa görə 626 sinif distant təhsilə keçirilib: “Onlardan 233 məktəbdə dərslər artıq bərpa edilib. 48 məktəb distant təhsilə keçirilmişdi. 41-i hazırda da distantdadır, yeddi məktəbdə isə ənənəvi təhsil forması bərpa edilib”.

Müəllif: Ayna.az