Ramin Bayramlı: “102 xidmətinə zəng etməklə, dəfnə getmək istəyən şəxslər müraciət etməlidirlər”
“Öz zəruri dərman ehtiyaclarını və xroniki xəstəklərini bilən vətəndaşlar bununla əlaqədar olaraq indidən hazırlıq görməlidirlər. Ancaq təcili hallar çıxarsa, bu zaman Təcili yardım vasitəsi ilə bu xidmət vətəndaşlara axsadılmadan göstəriləcək”. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərarganın brifinqində TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı deyib.
“Digər bir icazə verilən məqam isə dəfn mərasimləri ilə bağlıdır. Əlimizdə olan statsitik məlumatlar onu göstərir ki, ölkəmizdə gündəlik olaraq 150-170 şəxs vəfat edir və bu stastikaya uyğun olaraq yaxın qohumlarının dəfnində iştirak etmək istəyən vətəndaşların təxmini sayı təyin edilir. Bu baxımdan da 102 xidmətinə zəng etməklə, dəfnə getmək istəyən şəxslər müraciət etməlidirlər. Bundan sonra onlara polis tərəfindən icazə veriləcək və polislərin xidməti planşetlərində bu barədə müfaviq qeydiyyat olacaq”, - deyə Bayramlı vurğulayıb.
O, vətəndaşları sui-istifadə hallarına yol verməməyə çağırıb: “Keçən sərt karantin dövründə biz sui-istifadə hallarına yol verildiyini gördük. Hətta, bəzi günlərdə 40 minə yaxın müraciət olurdu və araşdırarkən müraciətlərin əksəriyyətinin sui-istifadə olduğu görülürdü. Bu baxımdan, vətəndaşlara müraciət edirk ki, sui-istifadə hallarına yol verənlər, ələlxüsu da dərman və digər halları bəhanə gətirərək 103 xidmətinə yersiz zəng edənlər haqqında müvafiq strurkturlara mraciət ediləcək və onlar haqqında ciddi qərarlar qəbul edəcək”.