Təbii fəlakət qurbanlarının sayı artıb

Dünya

29.12.2019 - 14:25

Həkimlər Klinikalar SEO Xidməti

28 nəfər xəsarət alıb, 12 nəfər itkin düşüb

 

Filippində “Ursula” tayfununun törətdiyi fəsadların qurbanlarının sayı 41 nəfərə çatıb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, rəsmi qurumların verdiyi məlumata görə, tayfun nəticəsində, həmçinin 28 nəfər xəsarət alıb, 12 nəfər isə itkin düşüb.

 

Qeyd edək ki, dekabrın 24-də Filippinə çatan “Ursula” tayfunu ölkənin orta bölgəsindəki bir sıra əyalətdə leysan yağışları və fırtına kimi təbii hadisələrə səbəb olub. İki mindən çox yaşayış evinə və 55 məktəb binasına ziyan dəyib, 150 şəhərdə elektrik təchizatı kəsilib. Ölkənin 44 minədək sakini təxliyə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş