Təbii fəlakət milyonlarla insanı işıqsız qoyub

Dünya

21.05.2020 - 15:42

cedabet Klinikalar SEO Xidməti

Fəlalət nəticəsində 22 nəfər həyatını itirib, çoxlu sayda dağıntılar qeydə alınıb

 

Hindistanın şərqindəki Kolkata şəhərinin yarısı su altında qalıb. AYNA xarici mediaya əsasən xəbər verir ki, iki gündür kəskin hava dəyişikliyi, şiddətli küləklə müşahidə olunan yağış bir çox ərazidə selə səbəb olub.

 

Həm Hindistan, həm də onunla sərhəd Banqladeşdə davam edən təbii fəlalət nəticəsində 22 nəfər həyatını itirib, çoxlu sayda dağıntılar qeydə alınıb. Kolkatada yollar, yaşayış yerlərinin su altında qalması ilə yanaşı, bölgədə telefon, işıq dirəkləri yararsız hala düşüb, 14 milyon insan elektriksiz qalıb.

 

Rəsmilərin verdiyi məlumata görə, həm koronavirus bəlası, həm də təbii fəlakətlə üz-üzə qalan Hindistanda əhalinin evuakuasiyası da çətinləşib. Hindistan hökuməti təbii fəlakətin koronavirusdan daha çox zərər verdiyini etiraf ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş