TƏBİB rəsmisi Teymur əminin COVID-19-dan öldüyünü təsdiqlədi

Xəbərlər

12.06.2020 - 17:54

cedabet dərman SEO Xidməti

Vasif Əliyev: “Xalq artisti Teymur Mustafayev koronavirusdan dünyasını dəyişib”

 

“Xalq artisti Teymur Mustafayev koronavirusdan dünyasını dəyişib”. AYNA bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.

 

TƏBİB rəsmisi deyib ki, Xalq artistinin COVID-19-dan vəfatı faktını təsdiqləyir: “Onun hər iki ağciyərinə ciddi sətəlcəm diaqnozu qoyulmuşdu. Xalq artisti ilə təmasda olan insanlara tövsiyə edilir ki, test üçün müraciət etsinlər. Çünki gec müraciət zamanı sağalma şansı azalır”.

 

Qeyd edək ki, Teymur əmi kimi tanınan T.Mustafayevin ailə üzvləri Xalq artistinin koronavirusdan ölmədiyini bildiriblər. Onun dəfni zamanı koronavirusdan qorunma qaydaları pozulub, məsafə saxlanılmayıb.  

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş