TƏBİB: Hadisələrin ən pis gedişatı üçün variantlar hazırlanıb

Xəbərlər

30.06.2020 - 19:07

cedabet dərman SEO Xidməti

Yaqut Qarayeva: “Tədbirlər elə görüləcək ki, yoluxma nəzarətdə saxlansın və xəstələr müalicə olunsun”

 

“Yoluxanların sayının pik həddə çatmasını gözləmirik. Biz prosesin idarə edilməsinə, itkilərin minimum olmasına çalışırıq”.

 

AYNA xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

 

O bildirib ki, ölkəmizdə hadisələrin ən pis gedişatı üçün variantlar hazırlanıb: “Bu, çox ciddi xəstəlikdir. Amma biz əlimizdən gələn qədər çalışacağıq ki, xəstəlik pik həddə çatmasın. Tədbirlər elə görüləcək ki, yoluxma nəzarətdə saxlansın və xəstələr müalicə olunsun”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş