TƏBİB avtobusun aşması nəticəsində xəsarət alanlar vəziyyətini açlıqladı

Xəbərlər

11.12.2023 - 18:24

Həkimlər Klinikalar SEO Xidməti

Xəsarət alanlardan birinin vəziyyəti orta ağır, digərlərinin vəziyyətləri stabil olaraq qiymətləndirilir

Qusarda avtobus qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb. AYNA-nın məlumatına görə, TƏBİB-dən bildirilib ki, qəza nəticəsində xəsarət alan altı nəfər (bir kişi, beş qadın olmaqla) Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlardan birinin (qadın cinsli) vəziyyəti orta ağır, digərlərinin vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentlərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

“Qusar-Xurel marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun qəzaya uğraması ilə əlaqədar Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb olunub”, - TƏBİB-dən bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş