Taylandda qüllə kranının aşması nəticəsində 7 nəfər ölüb

Dünya

29.03.2024 - 22:33

Ölənlər arasında 6 Myanma və 1 Çin vətəndaşı var

Taylandın Rayonq əyalətində sənaye tikintisi meydançasında qüllə kranının aşması nəticəsində 7 nəfər ölüb.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli PBS kanalı məlumat yayıb.

Məlumata görə, ölənlər arasında 6 Myanma və 1 Çin vətəndaşı var. İşçilər işəgötürəndən hər ölən şəxs üçün 5 milyon bat (təxminən 140 min ABŞ dolları) məbləğində təzminat ödənilməsini tələb ediblər. İşçilər israrla istəklərinin yerinə yetirilməsini istəyirlər və xilasedicilərin ölən şəxslərin cəsədlərini ərazidən çıxarmasına mane olurlar. Buna görə də danışıqlar aparmaq üçün hadisə yerinə polislər cəlb olunub.

Müəllif: Ayna.az