Tayland XİN: “Kamboca ordusu atəşkəsi pozur”

Dünya

30.07.2025 - 14:21

Tayland Kambocanı atəşkısi pozmaqda ittiham edib

Taylandın Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayaraq, Kamboca ordusunu atəşkəsi pozmaqda ittiham edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, məlumat XİN-in saytında dərc olunub.

Krallığın XİN-indən verilən məlumata görə, atəşkəs razılaşmasının əldə olunmasından 24 saat keçməmiş, iyulun 29-da axşam saatlarında Tayland ordusunun mövqeləri atıcı silahlardan və qumbaraatanlardan atəşə tutulub. Hücumun iyulun 30-u səhərə qədər davam etdiyi qeyd edilib.

"Bu, iyulun 28-də gecə yarısı qüvvəyə minən atəşkəs sazişinin kobud şəkildə pozulmasıdır. Bu təcavüz aktı bir daha Kamboca qüvvələri tərəfindən razılaşmanın açıq şəkildə pozulmasını və onların pis niyyətini nümayiş etdirir", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, iki krallıq arasındakı münasibətlər iyulun 23-də Tayland əsgərlərinin sərhəddə mina ilə partladılması ilə gərginləşib. Banqkok Phnom Peni vəziyyəti gərginləşdirməkdə, səfirini geri çağırmaqda və sərhədin bütün hissələrini bağlamaqda ittiham edib. İyulun 24-nə keçən gecə ağır artilleriya və aviasiyadan istifadə etməklə Tayland və Kamboca arasında toqquşmalar başlayıb.

Qarşıdurma zamanı azı 22 nəfər həlak olub, 140 nəfər yaralanıb. İki ölkə yalnız beş gün sonra atəşkəs haqqında razılığa gəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş