“İlin sonunadək bərpa məsələsinə aydınlıq gələ bilər”
“Taxıl sazişi”nin bərpası məsələsinə ilin sonuna kimi aydınlıq gələ bilər. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Ankaradakı danışıqlarla tanış olan diplomatik mənbə deyib.
Mənbənin sözlərinə görə, indi irəliləyişdən danışmaq mümkün deyil.
O, “Taxıl sazişi”nin bərpası üçün danışıqlar prosesindəki vəziyyətlə bağlı sualı cavablandırarkən deyib: “Yəqin ki, ilin sonuna qədər bu prosesdə aydınlıq olacaq, lakin indi irəliləyişdən söhbət gedə bilməz”.
Qeyd edək ki, saziş Türkiyə, Rusiya, Ukrayna və BMT tərəfindən 22 iyul 2022-ci ildə İstanbulda imzalanıb. Onun qüvvədə olma müddəti bir neçə dəfə uzadılıb. Lakin iyulun 17-də Rusiya tərəfi sazişdən çıxdığını bəyan edib. Rusiya tərəfinin nümayəndələri bu qərarı razılaşmanın Moskvanın tələbləri ilə bağlı hissəsinin heç vaxt yerinə yetirilməməsi ilə izah ediblər.