“Tam bişməmiş yeməklə qidalanmayın” – <font color=red> TƏBİB</font>

Cəmiyyət

14.05.2020 - 16:50

Həkimlər Klinikalar SEO Xidməti

“Mətbəxdə, heyət otaqlarında sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işləri aparılmalıdır”

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)  “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər əsasında qaydalar hazırlayıb.

 

Qurumdan AYNA-ya verilən məlumata görə, bu qaydalara riayət etməklə, məsuliyyətli vətəndaş olaraq özümüzü və ətrafdakıları COVID-19 infeksiyasından qoruya bilərik.

 

Göstərişdə qeyd edilib ki, yemək hazırlanarkən bişirilmə temperaturuna riayət edilməli, lazımi temperatur dərəcəsinə qədər bişirilməmiş yeməklərlə qidalanmadan qaçınılmalıdır. Müəssisə birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməlidir. Mətbəxdə, heyət otaqlarında sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işləri aparılmalıdır. Qida qəbulu zallarında ara məsafəsi eyni masa arxasında 1 metrdən az, masalar arası məsafələr 2 metrdən az olmamalıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş