Etirazçı Baş nazir haqqında azərbaycanlılar tərəfindən yazılmış "Noldu Paşinyan" mahnısını ifa edib
Bu gün Talın sakini Sarkis Petrosyan Ermənistanın Baş naziri Nikol Paşinyanın şəhərə səfəri zamanı etiraz aksiyası keçirib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, o Paşinyanın haqqında azərbaycanlılar tərəfindən yazılmış "Noldu Paşinyan" mahnısını ifa edib.
"Paşinyan 600 min nəfər tərəfindən seçilib, II Qaregin 10 milyon erməninin katolikosudur. Azlıq qərar verməməlidir. 20 dəqiqə əvvəldən bağça və məktəb işçilərinə SMS göndərib, onları tez buraya gəlməyə çağırmısınız. Az maaşlara görə özlərini bu qədər alçaldan bu insanlara görə təəssüf edirəm", - Sarkis “Armeniannews.am”-a verdiyi müsahibədə deyib.