“Taliban” ABŞ tərəfindən tanınmaq istəyir

Dünya

04.07.2025 - 12:59

cedabet dərman SEO Xidməti

Qruplaşma ABŞ-da səfirlik tipli ofisin yaradılmasını təklif edib

Əfqanıstanda hakimiyyətə gələn radikal islamçı “Taliban” qruplaşmasının yaraqlıları ABŞ tərəfindən rəsmi şəkildə tanınmasını istəyirlər. AYNA.AZ xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

““Taliban” ABŞ-ın tanınması istiqamətində bir sıra addımlar atmağı, o cümlədən Əfqanıstan problemlərini həll etmək üçün ABŞ-da səfirlik tipli ofisin yaradılmasını təklif edib”, - deyə məlumatda qeyd olunub.

Danışıqlarla tanış olan mənbələrə görə, Vaşinqton “Taliban” tərəfindən əsir götürülən amerikalının azad edilməsini tələb edib: "Bu, çox güman ki, daha yaxşı münasibətlərə qapı açacaq".

Bundan əvvəl “Taliban”ın Qətərdəki səfiri Suhail Şaheen digər ölkələri Rusiyadan nümunə götürməyə və Əfqanıstan İslam Əmirliyi və onun hakimiyyət orqanlarını tanımağa çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş