“Taksidə qiymətlər birmənalı olaraq qalxacaq” - NAZİR

Cəmiyyət

12.06.2023 - 14:58

Həkimlər Klinikalar SEO Xidməti

Rəşad Nəbiyev: “Taksi sürücüləri nə gəlirlərindən, nə də işlərindən məhrum olacaqlar”

“Taksidə qiymətlər birmənalı olaraq qalxacaq”. AYNA APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Nazir bildirib ki, dünyanın heç bir yerində bu qədər ucuz taksi xidməti yoxdur: “Təxminən ilin sonuna qədər ictimai nəqliyyat üçün 60-a yaxın qısa zolağın çəkilməsi və istifadəsinin təmin edilməsini hədəfləyirik”.

“Bizim məqsədimiz taksilərin sayını azaltmaq yox, taksi gedişlərinin sayını azaltmaqdır”, - deyən nazir bildirib ki, taksi aqreqatorları artıq onlarla məlumatlarını bölüşürlər: “O məlumatlara baxanda görürük ki, taksi gedişlərinin çoxu 1,5-3 km olan məsafəyədir. Hansı ki, bu məsafəni ya ayaqla getmək olar, ya da ictimai nəqliyyatla. Biz əhaliyə yaşadığı yerlərdən ictimai nəqliyyatın keçməsini təmin edə bilərik. Bakı şəhərinin mərkəzində bu kimi gedişlərin çox olduğunu görürük. Təxminən 67 min taksi bu gün Bakı şəhərində fəaliyyət göstərir. Onların ortalama iş saatı 14-15 saatdır. Həmin işçilərin iş saatlarının azaldılması, bazarda qiymətlərin müəyyən qədər tənzimlənməsi hesabına onlar nə gəlirlərindən, nə də işlərindən məhrum olacaqlar”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş