İsrail Baş naziri: "Mən onlara yox deyəcəyəm"
İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-ın İsrail qoşunlarının Suriya, Livan və Qəzza zolağından çıxarılmasında israr etdiyi barədə kabinet nazirlərinə məlumat verib. AYNA.AZ xəbər verir ki, bu barədə “Channel 13” məsələ ilə tanış olan bir mənbəyə istinadən məlumat yayıbn.
Kanalın mənbəsinə görə, Vaşinqton İsrail Müdafiə Qüvvələrinin üç cəbhədə "bir sıra geri çəkilmələr" həyata keçirməsində maraqlıdır, lakin bunun qoşunların tam və ya qismən çıxarılmasını əhatə edib-etməyəcəyini dəqiqləşdirməyib.
Lakin Netanyahu bununla razılaşmadığını bildirib və nazirlərinə müqavimət göstərmək niyyətində olduğunu bildirib.
Kanal İsrail Baş nazirinin sözlərini sitat gətirir: "Mən onlara yox deyəcəyəm".