Kolumbiya Azərbaycandakı səfirliyini bağlayacaq

Xəbərlər

27.07.2026 - 15:11

Yeni Prezident 15 ölkədə səfirliyin bağlanması qərarını açıqlayıb

Yeni seçilmiş Kolumbiya Prezidenti Abelardo de la Espriella hökumət xərclərinin azaldılması çərçivəsində dünyanın ən azı 15 ölkəsində səfirliyinin bağlanacağını açıqlayıb. Bağlanacaq səfirliklər sırasında Azərbaycanın paytaxtı Bakıdakı Kolumbiya səfirliyi də var.

AYNA.AZ xəbər verir ki, Prezident “De la Espriella” televiziya çıxışında səfirliyin bağlanma prosesinin onun andiçmə mərasimindən sonra başlayacağını bildirib.

Bağlanması planlaşdırılan diplomatik nümayəndəliklər Əlcəzair, Azərbaycan, Barbados, Kuba, Çexiya, Efiopiya, Qana, Haiti, Macarıstan, Malayziya, Nikaraqua, Rumıniya, Seneqal və Cənubi Afrikada yerləşir.

Prezident həmçinin administrasiyasının Fələstində Kolumbiya səfirliyinin açılması prosesini dayandıracağını bəyan edib.

Qeyd edək ki, Abelardo de la Espriella iyun ayında keçirilən prezident seçkilərində qalib gəlib. Onun rəsmi olaraq and içib 7 avqustda vəzifəsinin icrasına başlaması gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş