“Tokio ərazi məsələsində Moskva ilə anlaşmaya çalışacaq”
Yaponiyanın Baş naziri Sanae Takaiçi İkinci Dünya müharibəsindən sonra Rusiya ilə sülh müqaviləsinin olmamasını məyusedici adlandırıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Takaiçi əlavə edib ki, “Tokio ərazi məsələsində Moskva ilə anlaşmaya çalışacaq”.
"Rusiya ilə münasibətlər hazırda çətindir. Lakin Yaponiyanın dörd şimal adası məsələsinin həlli və sülh müqaviləsi bağlamaq mövqeyi dəyişməz olaraq qalır", - deyə xanım Takaiçi bildirib.