Tacikistan-Qırğızıstan sərhədindəki münaqişədə ölənlərin sayı artıb

Dünya

06.05.2021 - 07:56

Həkimlər Klinikalar SEO Xidməti

Ümumilikdə 271 nəfərin xəsarət aldığı bildirilir 

 

Tacikistan-Qırğızıstan sərhədində silahlı münaqişə nəticəsində həlak olanların sayı 55-ə çatıb.

 

AYNA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi bildirib.

 

Məlumata görə, münaqişə nəticəsində 36 Qırğızıstan vətəndaşı, o cümlədən 3 hərbçi həlak olub, daha 183 nəfər xəsarət alıb.

 

Eyni zamanda, Tacikistan KİV-i 19 ölkə vətəndaşının öldüyünü, 88 nəfərin xəsarət aldığını bildirib. Ölənlərdən 9-u hərbçidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş