Şuşaya növbəti köç olub

Xəbərlər

04.12.2024 - 17:44

Həkimlər Klinikalar SEO Xidməti

Daha 48 ailə doğma yurduna qovuşub

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

AYNA xəbər verir ki, bu gün 48 ailə olmaqla, 164 nəfər Şuşa sakini öz yurduna qovuşub.

Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

 

Müəllif: Ayna.az