Suriyadan 6 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb

Xəbərlər

23.10.2025 - 20:14

İki qadın və dörd uşaq Vətənə qaytarılıb

Suriya Ərəb Respublikasından altı Azərbaycan vətəndaşı - iki qadın və dörd uşaq Vətənə qaytarılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd edilib ki, repatriasiya hökumətin mərhələli və əlaqələndirilmiş səyləri çərçivəsində baş tutub.

Əvvəlcə bu şəxslərin yeri, şəxsiyyəti və vətəndaşlığı müəyyən edilib. Repatriantların ilkin tibbi və psixoloji müayinələrinin aparılması üçün müvafiq dövlət qurumlarının nümayəndələri Suriyaya ezam olunub.

“Yaxın vaxtlarda repatriantların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün tədbirlər təşkil olunacaq”, - deyə vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş