5 nəfər öldü, 12 yaralı var
Suriyanın Rasulayn şəhərində terror aktı törədilib. AYNA xarici mətbuata istinadən bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Türkiyənin həyata keçirdiyi “Barış bulağı” əməliyyatı bölgəsində olan şəhərdə partlayış baş verib. Nəticədə 5 mülki şəxs ölüb, 12 nəfər yaralanıb.