Partlayış zamanı yaxınlıqdakı obyektlərə ziyan dəyib
Suriyanın şimalında minalanmış avtomobil partladılıb. AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Cerablus ərazisində qeydə alınıb. Partlayış nəticəsində 4 nəfər yaralanıb.
Partlayış zamanı yaxınlıqdakı obyektlərə də ziyan dəyib. Təhlükəsizlik qüvvələri bunun terror aktı olduğunu bildiriblər. Hadisənin YPG/PKK terrorçuları tərəfindən törədildiyi bildirilir.
Yerli mətbu orqanların məlumatına görə, Suriyada ikinci partlayış paytaxt Dəməşqdə baş verib. Hadisə zamanı 2 nəfər həlak olub. Onların azyaşlı olduqları bildirilir.