Motosikletdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ-ın “Report”a istinadən məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov və Taleh Kərimov küçələrinin kəsişməsində qeydə alınıb.
İlkin məlumata əsasən, “VAZ-2104” markalı minik avtomobili, yük maşını və bir motosikletin toqquşması nəticəsində motosikletdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.