Sumqayıtda qəza: piyada öldü

Hadisə

21.01.2021 - 17:56

Şəhərdə ağır yol-nəqliyyat hadisəsi baş verib

 

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, şəhərin Azərbaycan prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini C.İsmayılova vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Müəllif: Ayna.az