M.Tarverdiyeva dərhal əməliyyat olunub
Bakıda bıçaqlanma hadisə baş verib. AYNA xəbər verir ki, Bakı sakini, 1987-ci il təvəllüdlü Mənzərə Tarverdiyevanı əri bıçaqlayıb.
Yaralı qardaşı tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb. M.Tarverdiyeva dərhal əməliyyat olunub.
İlkin məlumata görə, bıçaqlanma ər və arvad arasında yaranan mübahisə zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır. (APA)