500 abonentin qazı dayandırılacaq
Bu gün mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar Corat qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə olacaq.
"Azəriqaz"dan AYNA.AZ-a verilən məlumata görə, saat 12:00-dan etibarən məktəbin yanı – dördyol adlanan ərazidə aparılan işlər səbəbindən 500 abonentin qaz təchizatı işlər tamamlananadək dayandırılacaq.
Qurumdan bildirilib ki, qaz verilişinin bərpası işlər başa çatdıqdan dərhal sonra təmin olunacaq.