Piyada Oruc Osmanovu avtomobil vurub
Sumqayıtda avtomobilin vurduğu piyada hadisə yerində ölüb. AYNA "Report"a istinadən məlumat verir ki, hadisə Bakı-Quba Yolunun 37-ci kilometrində, Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Yolu keçmək istəyən piyada Oruc Məhəmməd oğlu Osmanovu avtomobil vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.