Bakıda qadın sürücü qarşısına çıxanı əzib

Hadisə

17.11.2019 - 12:28

Qəza zamanı 20-dək ağaca ziyan dəyib, sürücü xəsarət alıb

 

Bakıda ağır yol qəzası baş verib. AYNA avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Zirə-Pirallahı yolunda, "Zirə südçülük" deyilən ərazidə baş verib.

 

Yüksək sürətlə hərəkət edən 90 CL 695 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobil yolun kənarındakı şam ağaclarına çırpılıb. Qəza zamanı 20-dək ağaca ziyan dəyib. Sürücü xəsarət alıb.

Müəllif: Ayna.az