“Keçən həftə Ukrayna hakimiyyəti nümayəndələri ilə görüşəndə onlar bunu istəmədilər”
NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya qoşun yeritmək imkanından danışıb. AYNA xəbər verir ki, onun fikirlərini ANSA yayıb.
“NATO-nun Ukraynada qüvvələr yerləşdirmək planı yoxdur. Keçən həftə Ukrayna hakimiyyəti nümayəndələri ilə görüşəndə onlar bunu istəmədilər”, - Alyansın baş katibi bildirib.
Bundan əvvəl Stoltenberq qeyd edib ki, Ukraynanın Alyansa qəbulu ilə bağlı məsələdə NATO-ya üzv ölkələr arasında birlik yoxdur. O vurğulayıb ki, Kiyevin müttəfiqləri ölkənin NATO üzvünün lazımi standartlarına cavab verməsi üçün çox çalışmalıdırlar.