“Belarus-Çin birgə hərbi təlimləri Çinin Avropada, Arktikada və başqa yerlərdə NATO-ya nə qədər yaxınlaşdığını göstərir”
“Belarus-Çin birgə hərbi təlimləri Çinin Avropada, Arktikada və başqa yerlərdə NATO-ya nə qədər yaxınlaşdığını göstərir”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Stoltenberq cümə axşamı NATO-nun Vaşinqtonda keçirilən sammitindən sonra keçirilən yekun mətbuat konfransında bildirib: "Bu, bizim gördüyümüz tendensiyaya uyğundur: Çin və Rusiya, Çin və Belarus arasında daha sıx koordinasiya var".
Alyansın rəhbəri Pekinin Cənubi Çin dənizindəki “təhlükəli davranışını” da qeyd edib. Onun sözlərinə görə, Çin “qonşularını təhdid edir və hərbi mövcudluğunu artırır”.
“Əlbəttə, bu, bizi Asiya-Sakit okean regionunda tərəfdaşlarımızla daha sıx işləməyə məcbur edir”, - Stoltenberq fikrini yekunlaşdırıb.