“Starlink”in fəaliyyətində böyük fasilələr yaranıb

Dünya

15.09.2025 - 14:54

“Starlink”də fasilələrlə bağlı müraciətlərin sayı təxminən 50 minə çatıb

Amerikanın “SpaceX” şirkətinin “Starlink” peyk rabitə sistemində bütün dünyada fasilələr yaranıb. AYNA.AZ bildirir ki, bu barədə sentyabrın 15-də məşhur internet resurslarının kəsilməsini və bağlanmasını izləyən “Downdetector” portalında məlumat verilib.

Xidmətin məlumatına görə, bazar ertəsi səhər “Starlink”də fasilələrlə bağlı müraciətlərin sayı təxminən 50 minə çatıb. Rabitə sisteminin keyfiyyətsiz olması ilə bağlı şikayətlər Ukrayna, İtaliya, ABŞ, Polşa və digər ölkələrdən daxil olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş