Yevgeni Belousov azad edildikdən sonra Bakıdan Moskvaya uçub
“Sputnik Azərbaycan-ın şef redaktoru Yevgeni Belousov həbsdən azad edildikdən sonra Bakıdan Moskvaya uçub. AYNA.AZ bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) şef redaktoru Yevgeniy Belousov barəsində Xətai Rayon Məhkəməsində oktyabrın 24-də qərar verilib. Belousov barəsində 3 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.