Altmış bir məktəbə yeni direktor təyin edilib

Xəbərlər

10.09.2019 - 14:58

Yeni direktorlar sentyabrın 13-dən öz vəzifələrinin icrasına başlayacaqlar

 

2018-ci ildə elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti yerləşdirmə mərhələsi və apellyasiya komissiyasının qərarına əsasən, şikayəti təmin olunan namizədlərin nəticələri açıqlanıb. Bu barədə AYNA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Nəticələrə görə, 61 namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib. Yeni direktorlar sentyabrın 13-dən öz vəzifələrinin icrasına başlayacaqlar.

 

Qeyd edək ki, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq, 2018-ci ilin noyabr ayında elan edilmiş müsabiqənin nəticəsinə əsasən, ümumilikdə 246 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin edilib.

Müəllif: Ayna.az