“SpaceX” "Qızıl günbəz" layihəsindən 2 milyard dollar qazanacaq

Dünya

01.11.2025 - 10:51

Şirkətin raketləri və təyyarələri izləyə bilən peyklər hazırlayıb kosmosa göndərəcəyi gözlənilir

Amerikalı milyarder İlon Maskın “SpaceX” şirkətinin yeni nəsil raketdən müdafiə sistemi olan "Qızıl günbəz"in yaradılması üçün ayrılan maliyyədən ən azı 2 milyard dollar vəsait alacağı gözlənilir.

AYNA.AZ-ın “Wsj.com” saytına istinadən məlumatına görə, “SpaceX”in raketləri və təyyarələri izləyə bilən peyklər hazırlayıb kosmosa göndərəcəyi gözlənilir. Mənbələrə görə, bu, 600 peykdən ibarətdir.

Maskın şirkəti həmçinin Pentaqonun digər iki peyk sistemində əsas rol oynayacaq. Bunlardan biri olan "Milnet" məxfi məlumatların ötürülməsi üçün nəzərdə tutulub. Digəri isə yerüstü nəqliyyat vasitələrini izləmək üçün nəzərdə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş