Şoyqu: “Qərbin Rusiyanı strateji məğlubiyyətə uğratmaq cəhdləri əbəsdir”

Dünya

26.04.2024 - 16:37

“Qərb ölkələrinin Ukraynada Rusiyanın strateji məğlubiyyətinə nail olmaq üçün bütün cəhdlərinin heç bir perspektivi yoxdur”

“Qərb ölkələrinin Ukraynada Rusiyanın strateji məğlubiyyətinə nail olmaq üçün bütün cəhdlərinin heç bir perspektivi yoxdur. Xüsusi əməliyyat effektiv şəkildə davam edir”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu ŞƏT-ə üzv ölkələrdən olan həmkarlarının görüşündə bildirib.

Nazir vurğulayıb ki, Rusiya ordusunun döyüşü əldə edilmiş təcrübə əsasında optimallaşdırılır.

O xatırladıb ki, hazırda Rusiya hərbi-sənaye kompleksi də inkişaf edir.

“Beləliklə, Qərbin bizi strateji məğlubiyyətə uğratmaq cəhdləri əbəsdir”, - Şoyqu fikrini yekunlaşdırıb.

Müəllif: Ayna.az