Soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb

Xəbərlər

15.04.2022 - 14:33

Həkimlər Klinikalar SEO Xidməti

Polisə mobil telefonun soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olub

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə Bakı şəhər sakini X.Ramazanovanın mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Rafət Rüstəmov müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş