Şou-əyləncə, toy, nişan keçirilməsi qadağandır - <font color=red> DİN-dən XƏBƏRDARLIQ</font>

Cəmiyyət

02.02.2021 - 19:41

Həkimlər Klinikalar SEO Xidməti

Daxili İşlər Nazirliyi məlumat yayıb

 

Fevralın 1-dən etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunub.

 

AYNA-nın məlumatına görə, DİN-in Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilən məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

 

Şöbə rəisi qeyd edib ki, xüsusi karantin rejimi dövründə ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda şou-əyləncə, toy, nişan və digər kütləvi tədbirlərin təşkili və keçirilməsi qadağandır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş