Sosial şəbəkələrdə yaranmış problemin səbəbi açıqlanıb

Aktual

05.10.2021 - 14:27

Həkimlər Klinikalar SEO Xidməti

Xidmətlərinin göstərilməsində dayanmalara konfiqurasiyada səhvən edilən dəyişiklik səbəb olub

Məlum olduğu kimi, oktyabrın 4-də bir neçə saat ərzində feysbuk, instaqram və vatsap istifadəçiləri adıçəkilən platformalara daxil ola bilməyiblər.

Elektron Təhlükəsizlik Xidmətindən AYNA-ya bildirilib ki, Feysbuk şirkəti tərəfindən açıqlanan məlumata əsasən, feysbuk, instaqram və vatsap xidmətlərinin göstərilməsində dayanmalara konfiqurasiyada səhvən edilən dəyişiklik səbəb olub.

Şirkətin data mərkəzləri arasında trafiki təşkil edən əsas şəbəkə qurğularının konfiqurasiyasında edilən dəyişikliklər daxili sistem və şəbəkələrə təsir göstərib və bərpa prosesini çətinləşdirib.

Şirkət tərəfindən verilən məlumata görə, hazırda istifadəçilərin məlumatlarının sızmasına dair hər hansı sübut yoxdur.

Bu istiqamətdə əlavə hər hansı yenilik olarsa, ictimaiyyət məlumatlandırılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş