Sosial şəbəkələrdə gülüş hədəfinə çevrilən qaz xətti barədə <font color=red> AÇIQLAMA</font>

Cəmiyyət

10.02.2021 - 17:08

Həkimlər Klinikalar SEO Xidməti

Piyadaların hərəkətinə mane olan qazxətti nin bir hissəsi torpaq altına köçürülüb

 

Piyadaların hərəkətinə mane olan təbii qaz xəttinin bir hissəsi torpaq altına köçürülüb. “Azəriqaz” İstehsalat Birliyindən AYNA-ya bildirilib ki, Bakının Nərimanov rayonu Ələsgər Qayıbov küçəsində piyadaların hərəkətinə mane olan qaz xəttinin bir hissəsi torpaq altına köçürülüb.

 

“Bir müddət öncə “Bakmil” stansiyasının qarşısında yerləşən küçədə çəkilən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu. “Azəriqaz” İstehsalat Birliyi olaraq açıqlamamızda qeyd etmişdik ki, qaz xətti ərazidə çoxdan yerləşir. Piyada keçidinin olduğu yaşıllıq ərazisi isə sonradan yaradılıb. Lakin buna baxmayaraq, tez bir zamanda həmin yerdən hərəkət edən insanların rahatlığı üçün müvəqqəti olaraq daş hörgülü pilləkənlər quraşdırıldı. Artıq “Azəriqaz” İB-nin Təmir-Tikinti İdarəsi müvəqqəti piyada keçidini tamamilə ləğv edərək ərazidə qaz xəttinin bir hissəsini torpaq altına köçürüb. Beləliklə, piyadaların hərəkəti üçün tam normal şərait yaradılıb”, - deyə məlumatda qeyd olunur.

 

Qeyd edək ki, piyada keçidinin üzərindən keçən qaz xətti sosial şəbəkə istifadəçiləri tərəfindən gülüş hədəfinə çevrilmişdi. İstifadəçilər piyada keçidinin orada yerləşdirilməsini, yaxud da əksinə, qaz xəttinin piyada keçidinin üzərindən keçirilməsini aidiyyatı qurumların iş icraçılarının savadsızlığı ilə əlaqələndirmişdilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş