Son sutkada Azərbaycanda 4 nəfər koronavirusa yoluxub

Cəmiyyət

07.06.2023 - 21:19

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, son sutkada infeksiyaya 4 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 9 nəfər sağalıb, 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 831 869 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 559 nəfər müalicə olunaraq sağalıb, hazırda 31 aktiv xəstə var. Bu günə qədər 10 279 nəfər vəfat edib.

Müəllif: Ayna.az