ABŞ “Aş-Şabab” terror qruplaşmasının yerləşdiyi ərazilərə hava zərbəsi endirib
ABŞ Afrika Komandanlığı Somali hökumətinin müraciətinə əsasən, ölkənin cənubunda “Aş-Şabab” terror qruplaşmasının yerləşdiyi ərazilərə hava zərbəsi endirib.
AYNA xarici mediaya istinadən xəbər verir ki, əməliyyat nəticəsində 13 silahlı məhv edilib. Komandanlığın məlumatına görə, zərbə avqustun 26-da Kismayo şəhərindən 45 kilometr şimal-qərbdə, Somali qüvvələrinə dəstək məqsədilə həyata keçirilib.