Şolts Ukrayna münaqişəsinin həllində diplomatiyanı dəstəklədiyini bildirib

Dünya

03.02.2023 - 07:18

Kansler: "Mən diplomatiyanı dəstəkləyirəm"

Almaniya Federativ Respublikasının kansleri Olaf Şolts Ukraynadakı böhranın tənzimlənməsi üçün diplomatik cəhdlərin davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.

AYNA xəbər verir ki, bunu kansler Marburqda vətəndaşlarla ünsiyyət zamanı deyib.

Şolts xatırladıb ki, o, son aylarda Rusiya prezidenti Vladimir Putinə bir neçə dəfə zəng edib:

“Və mən bunu daha da etməyi planlaşdırıram. Mən diplomatiyanı dəstəkləyirəm”.

Müəllif: Ayna.az