Robert Fitsonun vəziyyəti ağır qiymətləndirilir
Slovakiyanın Baş naziri Robert Fitso kabinetin iclasından sonra baş verən atışmada yaralanıb.
AYNA-nın məlumatına görə, bu barədə yerli mətbuat xəbər yayıb.
Məlumata görə, atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb. O, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb.
Robert Fitsonun vəziyyəti ağır qiymətləndirilir və bu səbəbdən o, təcili olaraq Banska-Bistritsa şəhərinə aparılacaq.
Bildirilib ki, hücum edən şəxs saxlanılıb və onun hərəkətinin motivləri məlum deyil.