Slovakiya anti-Rusiya sanksiyalarından imtina edəcək? - Baş nazir açıqladı

Dünya

26.10.2023 - 14:46

Fiko: “Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyaları Slovakiya üçün zərərli olarsa, onlara “yox” deyəcəyik”

“Rəsmi Bratislava Avropa İttifaqının (Aİ) yeni anti-Rusiya sanksiyalarının Slovakiyaya zərər vuracağı təqdirdə əleyhinə səs verəcək”. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Slovakiyanın Baş nazir Robert Fiko Aİ-nin Brüssel sammitinə səfərindən əvvəl sanksiyalardan imtina şərtlərindən danışarkən deyib.

“Əgər sanksiyalar bizə zərər verirsə, deməli, onları dəstəkləmək üçün heç bir səbəb yoxdur”, - deyə Fiko bildirib.

Baş nazir həmçinin bildirib ki, Bratislava Kiyevin Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasına mane olmaq niyyətində deyil: “Lakin Slovakiya Ukraynanın NATO blokuna daxil olmasının əleyhinə səs verəcək”.

Qeyd edək ki, bundan əvvəl Fiko Slovakiyanın Ukraynaya hərbi yardım etməyəcəyini açıqlayıb: “Biz Ukraynaya humanitar və mülki yardımı dəstəkləyirik - bu mənim hökumətimin rəsmi siyasətidir. Amma biz Ukraynanı heç bir silahla təmin etməyəcəyik”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş