Siyarto: “Avropa İttifaqı səviyyəsində orduya çağırış suverenliyi pozacaq”

Dünya

06.06.2024 - 16:32

Həkimlər Klinikalar SEO Xidməti

“Biz eskalasiya riskini doğuran istənilən tədbirin əleyhinəyik”

“Avropa İttifaqı səviyyəsində məcburi hərbi çağırışın tətbiqi ona üzv ölkələrin, o cümlədən Macarıstanın suverenliyini pozacaq”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

“Biz eskalasiya riskini doğuran istənilən tədbirin əleyhinəyik. Biz suverenliyimizə heç bir müdaxiləni qəbul etmirik”, - deyə XİN rəhbəri bildirib.

Siyarto qeyd edib ki, “heç kimin başqa ölkələrdə hərbi xidmətə çağırış tətbiq etmək hüququ yoxdur”.

Mayın 29-da Macarıstanın Baş naziri Viktor Orban da Aİ-də universal hərbi xidmətin tətbiqi ideyasını tənqid edib, bunu “dəlilik” adlandırıb və beynəlxalq mübahisələrin dialoq yolu ilə həllinə çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş