Sinqapur Hava Yolları turbulentlik zamanı xəsarət alanlara təzminat ödəyəcək

Dünya

11.06.2024 - 16:38

Həkimlər Klinikalar SEO Xidməti

Şirkət yüngül xəsarət alanlara 10 min dollar, ağır xəsarət alanlara isə 25 min dollara qədər pul ödəməyi nəzərdən keçirir

Sinqapur Hava Yolları mayın 20-də Londondan Sinqapura uçan SQ321 reysində güclü turbulentlik zamanı xəsarət alan sərnişinlərə təzminat ödəyəcək. AYNA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, şirkət yüngül xəsarət alanlara 10 min dollar, ağır xəsarət alanlara isə 25 min dollara qədər pul ödəməyi nəzərdən keçirir.

Qeyd edək ki, Myanma hava məkanında təxminən 11 km yüksəklikdə baş verən insident nəticəsində onlarla sərnişin yaralanıb, yaşlı bir britaniyalının isə infarktdan öldüyü iddia edilir. Təyyarədə 211 sərnişin və 18 ekipaj üzvü olub.

“Boeing 777-300ER”in ekipajı zərərçəkənlərə yardım göstərildiyi Banqkokdakı Suvarnabhumi hava limanına enməyə qərar verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş