“Bu gün Ermənistanda ideal müxalifət var, buna görə təşəkkür edirəm”
“Ermənistanın indiki hakimiyyəti qapıları açıb getsə, müxalifət yenə də hakimiyyətə gəlməyəcək”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Parlamentinin sədri Alen Simonyan Milli Assambleyada çıxışı zamanı deyib.
“Bu gün Ermənistanda ideal müxalifət var, buna görə təşəkkür edirəm. Əgər indiki bizim hakimiyyət getsə, bu müxalifət yenə də hakimiyyətə gəlməyəcək. Çünki Ermənistan vətəndaşları müxalifətə bunu etməyə imkan verməyəcək”.
Simonyan “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyanın 2008-ci il 1 mart hadisələri zamanı o vaxtkı müxalifətçi Nikol Paşinyanın sakitliyə çağırmaq əvəzinə xalqı daş və dəyənəklə silahlanmağa çağırması barədə fikirlərini şərh edərkən deyib: “Cənab Mamicanyan, sizə xatırlatmaq istəyirəm ki, 2018-ci ildə siyasi liderinizin devrilməsinin səbəblərindən biri martın 1-i olub. O demişdi ki, “1 mart sizə dərs olmayıbmı?”. Xalq ona görə sizi hakimiyyətdən qovdu”.